Çempionlar Liqasında ilk finalçı bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
"Report" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.
"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, "Estadio de la Keramika" stadionu
Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.