Siyızəndə voleybol üzrə rayon birinciliyi keçirilib

Siyızəndə voleybol üzrə rayon birinciliyi keçirilibAprelin 22-də şəhər 2 saylı tam orta məktəbin idman zalında Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü münasibəti ilə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev çıxış edərək yarışın məqsədləri haqqında məlumat veriblər və iştirakçı komandalara uğurlar arzulayıblar.

Siyəzən rayonunda voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, gənclərin idmanın bu növünə marağının artırılması, gənclər arasında idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliğ edilməsi, həmçinin perspektivli idmançıların üzə çıxarılması məqsədi daşıyan birincilikdə 8 komanda iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan yarışın nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, Yenikənd kənd tam orta məktəbin komandası III olub. Yer tutan komandalar fəxri fərmanlarla təltif ediliblər.




#ÜmmilliLider99 #voleybol #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat