Sizin Reklam Burada

Məşhur azərbaycanlı idmançı Bakıdadır

Məşhur azərbaycanlı idmançı BakıdadırMəşhur "UFC" döyüşçüsü, həmyerlimiz Rafael Fiziev, Milli Məclisin sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bir araya gəliblər.

Bu barədə Milli Məclisin sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev məlumat verib.

- Bu gün məşhur "UFC" döyüşçüsü, həmyerlimiz Rafael Fizievlə görüşdük. İdmançımızla MMA ilə bağlı mövcud vəziyyət, gələcək karyerası, planları ilə bağlı geniş şəkildə müzakirələr apardıq. Sevindirici haldır ki, ölkəmizdə son illərdə MMA döyüş növünə diqqət artıb, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bütün idmançılarımıza peşəkar karyeralarında uğurlar arzu edir, hər zaman qalib olmalarını arzu edirəm, - Adil Əliyev deyib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Fizievin Bakıda olmağından məmnunluğunu bildirirək, idmançıya gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Rafael Fiziev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Rafael Fiziev milliyətcə azərbaycanlıdır. UFC döyüşçüsüdür və onun Muay-tay döyüş üslübunda mübarizə aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər