Sizin Reklam Burada

“Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilib

“Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilib9 aprel tarixində Bakıda, Şağan Olimpiya İdman Kompleksində "Azərbaycan Peşəkar Boks Federasiyası Komissiyası"nın dəstəyi və "Karapapak Fight Club and Promotion"un təşkilatçılığı ilə “Aprel döyüşləri şəhidlərinə həsr olunmuş” peşəkar boks gecəsi keçirilib. Qonaqlar arasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik Polad Həşimovun qardaşı, şəhid ailələrinin övladları və qazilərimiz də yer alıblar.

Gecədə müxtəlif çəki dərəcələrində 10 döyüş baş tutub:

1. 91 kq qədər çəki dərəcəsi: Malik Məmmədzadə - Cabbar İsmayılov. Malik TKO (texniki nokaut) ilə qalib gəlib;
2. 91 kq qədər: Elnur Məmmədov - Arif Ovçiyev. TKO ilə Elnur qalib gəlib;
3. 79,4 kq qədər: İsmət Eynullayev – Yusif Həbilov. Hakimlərin yekdil qərarı ilə İsmət qalib gəlib;
4. 59 kq qədər: Şamil Əsgərov – Əsədullah Camaludinov. Hakimlərin yekdil qərarı ilə Şamil qələbə qazanıb;
5. Ağır çəki: Elnar Hüseynov – Kazım Umudov. Kazım Umudov TKO ilə qalib gəlib;
6. 91 kq qədər: Elvin İmamqulu – Taryel Cəfərov. Taryel KO (nokaut) ilə qalib gəlib;
7. 57 kq qədər: Hüseyn Əliyev – Nihat Abdullayev. Hakimlərin yekdil qərarı ilə Nihat qələbə qazanır;
8. 63,5 kq qədər: Seymur İsayev – Nicat Məhərrəmov. Hakimlərin yekdil qərarı ilə Seymur qələbə qazanır;
9. 53,5 kq qədər: Ramazan Babayev – Kənan Hüseynəliyev. Hakimlərin yekdil qərarı ilə Kənan qələbə qazanır;
10. 57 kq qədər: Zabeh Şəmiyev – Rauf Ağayev. Hakimlərin yekdil qərarı ilə Rauf qələbə qazanıb.

Qeyd edək ki, bu 2022-ci ildə APBF komissiyasının dəstəyi ilə keçirilən sayca 4-cü peşəkar boks gecəsidir.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər