Poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibləri məlum olub

Poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibləri məlum olubAprelin 8-də şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.

Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və iştirakçılara yarışın qaydaları haqqında ətraflı məlumat verilib. 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 1500 metr məsafəyə qaçış növləri üzrə təşkil olunan yarışda şəhər və kənd tam orta məktəblərin 11 komandası iştirak edib. Çempionatın keçirilməsi Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, çağırışyaşlı gənclərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin idman yarışları vastəsilə təbliğ olunması və yarışın zona mərhələsində rayonu təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Yarışda I yeri tutan şəhər 1 saylı tam orta məktəbin komandası poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibi olub.

Yarışı Yenikənd kənd tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası isə III yerdə başa vurub. Təltif olunma mərasimində yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarlarla təltif ediliblər.



#ŞəhidlərimİZ #DəmirYumruq #VictoriousAzerbaijaniHeroes #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər