Azərbaycan yığması Maltaya bu dəfə qalib gəlib
Dərc olunub:
28-03-2022, 16:07
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.
Avrasiya.net-in məlumatına görə, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17-nin qollarını Əşrəf Ələkbərli 24-cü, Nihad Əhmədzadə isə 45+1-ci dəqiqədə vurub.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.