Sizin Reklam Burada

Siyəzəndə rayon idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Siyəzəndə rayon idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nü münasibəti ilə rayonun idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Gənclər Mərkəzində 5 mart tarixində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində keçirilən görüşdə rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, rayon məktəblərinin Fiziki Tərbiyə müəllimləri və idmançılar iştirak edib.

Dəyirmi masa ətrafında təşkil olunan tədbirdə ilk öncə dövlət himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov açaraq əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, idman sahəsində rayon idmançıları tərəfindən müxtəlif yarışlarda qazanılan nailiyyətlər barədə məlumat verib.

Daha sonra şəhər stadionunun direktoru Cavanşir Ağayev, boks üzrə məşqçi-müəllim Elman Abdullayev, şəhər 2 saylı tam orta məktəbin Fiziki Tərbiyə müəllimi Cavid Zeynəddinov, şəhər 3 saylı tam orta məktəbin Fiziki Tərbiyə müəllimi Telman Məmmədov, Vətən müharibəsi qazisi, şəhər 2 saylı tam orta məktəbin Hərbi rəhbəri Akif Quliyev və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün ölkəmiz idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Dövlətimizin ¬iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.

Görüşdə, həmçinin dövlətin bədən tərbiyəsi və idman siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda 5 Mart “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə idmanının inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim, ötən dövr ərzində yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar, Fiziki Tərbiyə müəllimləri və Vətən müharibəsi iştirakçısı olan idmançılar idarə tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.


#Gənclərİdman #İdmanHəftəsi2022 #BədənTərbiyəsivəİdmanGünü #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər