Siyəzəndə sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Martın 1-də şəhər stadionunun idman zalında 27 fevral – 5 mart tarixlərini əhatə edən “İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış yeniyetmələrin sərbəst güləş idman növünə marağının artırılması, yeniyetmə güləşçilərin fiziki hazırlığının və yarış təcrübəsinin yüksəldilməsi, zona və respublika səviyyəli birinciliklərdə rayonu təmsil edəcək perspektivli güləşçilərin üzə çıxarılması, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Yarışın açılış mərasimində dövlət himni ifa olunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 40-dan çox yeniyetmə güləşçi 10 çəki dərəcəsində qüvvəsini sınayıb.
Yekun nəticəyə əsasən ilk üç yeri tutan yeniyetmə idmançılar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz