“Azərbaycan Gəncləri günü”nə həsr olunan kross qaçışı üzrə Siyəzən rayon çempionatı keçirilib
2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş kross qaçışı üzrə Siyəzən rayon çempionatı keçirilib.
31 yanvar tarixində şəhər stadionunda 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş kross qaçışı üzrə gənclər arasında rayon çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda gənc atletlər 2000 metr məsafəyə qaçış üzrə qüvvəsini sınayıb.
Yarış 2 Fevral “Azərbaycan Gəncləri günü”nün qeyd olunması, atletika idman növlərinin rayonda inkişaf etdirilməsi, gənclərin fiziki hazırlığının yüksəldilməsi, sağlam həyat tərzinin gənclər arasında təbliği, zona və respublika səviyyəli yarışlarda rayonu təmsil edəcək perspektivli idmançıların müəyyən edilməsi məqsədi daşıyıb. Yarışın nəticəsinə əsasən Əsgərov Ramiz I, Nəcəfov Hüseyn II, Dostuyev Ələsgər III olub. Yer tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.
#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#gəncəm
#SiyəzənGİİ
#GİN