Teymur Rəcəbov evləndi

Teymur Rəcəbov evləndiMəşhur azərbaycanlı şahmatçı Teymur Rəcəbov evlənib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Şahmat millimizin üzvünün Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nikah mərasimi keçirilib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl onların boşanması barədə məlumat yayılmışdı.