Sizin Reklam Burada

Tokio-2020: Firdovsi Fərzəliyev uduzdu

Tokio-2020: Firdovsi Fərzəliyev uduzduAzərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında üçüncü döyüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşıb. Görüş qazaxıstanlı idmançının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.


***

08:54

“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate yarışlarına start verilib.

Avrasiya.net xəbər verir ki, Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edir.

Bu gün milli komandamızın üzvü Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə qoşulub. A qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Karateçimiz daha sonra Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib. O, rəqibini 1:0 hesabı ilə məğlub edib. İdmançımız üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.

Qeyd edək ki, qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər