Sizin Reklam Burada

Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayır

Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayırBu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Avrasiya.net xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edəcək.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Bayramov qələbə qazansa, 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Karateçi Firdovsi Fərzəliyev A qrupunda çıxış edəcək. 67 kq-dakı idmançı Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə döyüşlərdən sonra yarımfinala vəsiqə qazanmağa çalışacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər