Azərbaycanda sayt rəhbəri tutulubAzərbaycanda sayt rəhbəri tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Bakıda avtobus qəzası: xəsarət alanlar var - FotoBakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında Çinar Trans MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman 99 DJ 615 DQN-lı "Toyota Prius" markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Azərbaycanda arvad ərini döydü: qabırğalarını sındırdıİsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bu şəxs Bakıda balta ilə gəzir: Onları öldürəcəm - Şok videoSosial şəbəkələrdə şok görüntülər yayılıb.

Avrasiya.net Yenipress.az-a istinadən xəbər verir ki, görüntülərdə Bakıda bir nəfər şəxsin əlində balta ilə hədə-qorxu gəlməsi əks olunub.

O, Bakıda özünü qadın kimi aparan hər kəsi baltalayacağına and içib.:

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov sözügedən məsələ ilə bağlı məlumat yayıb.

O bildirib ki, Metropolitendə bir nəfərin canlı yayım açaraq izləyicilərinə balta ilə gəzdiyini iddia edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülür.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
İran vətəndaşları dövlət sərhədini pozdu - FOTOLARAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən 1 nəfər İran İslam Respublikası vətəndaşı 1971-ci il təvəllüdlü Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.

İyul ayının 1-də saat 09:45-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.

İyul ayının 1-də saat 22:25-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən İraq İslam Respublikası vətəndaşı 1996-cı il təvəllüdlü Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.

İyul ayının 1-də saat 10:30-da “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı Göyçay rayon sakini 1991-ci il təvəllüdlü Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı onun 23.06.2022-ci il tarixdə rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Füzulidə 11-ci sinif şagirdi kanalda boğulduFüzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Qafqazinfo-nun məlumatına görə, Zaur iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.

Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.
Özünü yandırmaq istəyən qazi: Özümdən asılı olmadan..Şəmkir rayonun İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünə qəsd etmək istəməsinin səbəbləri ilə bağlı Publika.az-a danışıb.

Axar.az xəbər verir ki, qazimizin sözlərinə görə, onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır.

"Bakıda, Gəncədə, Qazaxda, Şəmkirdə yatdım. Yəni çox xəstəxanada müalicə almışam. İndi də müalicəyə ehtiyacım var. Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsin. Papanindən və digər xəstəxanalardan vəziyyətimlə bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən aslı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim. Özünüz də görürsünüz ki, mən tam danışa bilmirəm. Getdim İcra başçısının yanına ki, "Yaşat" Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər ki, yoxdur burada, sabah gəl. Soruşdum "Bəs müavin və ya əvəz edən adam yoxdur" sözümü deyim? Cavab verdilər ki, bizim əlimizdən heç nə gəlmir. Mən də özümdən asılı olmadan pis oldum və benzin tökdüm, özümü yandırmaq istədim" - İ.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki, İlham Həsənov aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində könüllü olaraq orduya gedib. Fizuli, Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb. Nəticə etibarı ilə ağır yaralanıb. Hazırda danışmaqda çətinlik çəkir.
İcra Hakimiyyətinin qarşısında İNTİHARA CƏHDŞəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

Avrasiya.net xəbər verir ki, rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.

Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İntihara cəhd edən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.
Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİSaatlı rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

TƏBİB rəsmisinin sözlərinə görə, zəhərlənmə zamanı vəziyyəti ağırlaşan olmayıb.
Polisi yaralayan ata-oğul HƏBS EDİLDİXəbər verildiyi kimi, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

Baş prokurorluq və Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə daxil olan birgə məlumata görə, narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib.

O, hadisə yerindən qaçsa da atası saxlanılmışdır. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.