Sizin Reklam Burada

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı

Masallıda repetitor yanından qayıdanMasallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır: “Müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycanda nikaha daxil olma yaşı 18 yaş müəyyən edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər