Abşeronda üç usta zəhərləndi - 2-si öldü, 1-i komaya düşdü
Abşeronda 3 nəfər zəhərlənib.
Avrasiya.net xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində baş verib.
Qəsəbə ərazisində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu yemək yeyəndən sonra zəhərlənib. Kamil Alıyev hadisə yerində dünyasını dəyişib. Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə nəticəsində halı pisləşən Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən isə Trend-ə bildirilib ki, Z.Ağayev hazırda KTM-in Təcili yardım şöbəsində qırmızı zonada, reanimasiya bölməsindədir: "Vəziyyəti kəsik ağırdır, komadadır. Lazimi ilkin yardım göstərilib, pasiyentin hazırki vəziyyətdən çıxarılması üçün ehtiyac olan tibbi müdaxilələr davam edir".