Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib
Bakıda adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
07:58
Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbut xidmətindən "Report"a bildirilib ki, araşdırmalarla cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.