Sizin Reklam Burada

İstintaq təcridxanasında məhbus ÖLDÜ

İstintaq təcridxanasında məhbus ÖLDÜNarkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən təqsirləndirilən şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il il təvəllüdlü Təbriz Şəfiyev istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər