Sizin Reklam Burada

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLARBakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xəstəxanın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, xəsarət alan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

Eldar Hacıyev (polis-sürücü);

Taleh Əlizadə (polis).

“Chevrolet”də olanlar:

Sadiq Abbasov;

Arif Məmmədzadə.

Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Saaat 03:58

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Balaxanı-Zabrat yolunun kəsişməsində qeydə alınıb.

Belə ki, "Chevrolet Aveo" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilinə çırpılıb.

Qəza üç nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisənin təfərrüatı araşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər