Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI
Dərc olunub:
6-03-2023, 15:23
Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib.
Avrasiya.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib.
Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib.