20 yaşlı gənc özünü asdı
Dərc olunub:
6-03-2023, 22:11
Qubada 20 yaşlı gənc intihar edib.
Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cadarı kəndində qeydə alınıb.
Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü Zümreddin Əlixanovun meyiti yaşadığı evin həyətində ağacdan asılı vəziyyətdə tapılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
İntiharın dəqiq səbəbləri araşdırılır.