Canavar Şəkidə kəndə hücum etdi: 5 yaralı var
Dərc olunub:
21-12-2025, 06:35
Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Bideyiz kəndində baş verib.
Belə ki, canavar kənd sakinləri - 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.
Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
