“Üç balam getdi… Bu dərdə necə dözüm?"

Dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində binanın 9-cu mərtəbəsində yaşayan Əkrəm Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova, onların övladları 9 yaşlı Yusif Yusifov və 6 yaşlı Məryəm Yusifova, eləcə də həmin mərtəbədəki digər mənzildə yaşayan 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Avrasiya.net xəbər verir ki, yanğında həyat yoldaşı və iki övladını itirən Əkrəm Yusifov ailəsinin məzarından paylaşım edib.

O, “TikTok” hesabında yayımladığı videoya belə şərh yazıb: “Üç balam getdi… Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız?”

Qeyd edək ki, Əkrəm Yusifovun Füzuli rayonunun Rəfədinli kəndindən, həyat yoldaşı isə Gədəbəy rayonundandır.

Ailə üzvlərinin hər üçü Gədəbəydə torpağa tapşırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər