Xəzər sahilində helikopter qəzası: ölənlər rəhbər şəxslər olub

Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb.

Avrasiya.net “Telеqraf” nəşrinə istinadən xəbər verir ki, hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir və helikopter fırlanaraq yerə düşür.

KİV-lərin məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub. Lakin bu hadisə 2023-cü ildə “Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojinin öldüyü helikopter qəzasını xatırladır.

Qızılyar zavodu 2024-cü ildə Rusiya ordusu üçün aviasiya avadanlığı istehsal etdiyinə görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.

Ölənlər arasında tikinti və nəqliyyat təminatı üzrə baş direktor müavini Açalo Maqomedov da var. Bundan əlavə, daha üç zavod rəhbəri və helikopterin bortmexaniki ölüb. İki nəfər yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər