Sabirabadda toyda qan töküldü: ölən var
Dərc olunub:
10-10-2025, 09:33
Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.
Rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Xəqani Muradov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
