Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayevanı qətlə yetirən 68 yaşlı qayınatası Şəhriyar Hüseynovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, cinayət işi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, Ş.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən Şəhriyar Hüseynov gəlinini başqa şəxslə münasibətdə olduğu üçün öldürdüyünü bildirib:

“Hadisədən xəbər tutandan sonra oğlumu çağırıb danışdım və dedim ki, boşanacaqsınız. Daha sonra boşanma zamanı qadının yenə həmin evdə saxlanılacağını və ömür boyu həm oğluma, həm nəvələrimə problem yaradacağını düşünərək ən yaxşı seçimin onun öldürmək olduğu qənaətinə gəldim. Bir neçə gün onu müşahidə etdim, oğlum və nəvələrimin evdə olmadığı günü gözlədim. Hadisənin baş verdiyi gün isə evdən bıçaq götürüb onlara getdim. Gəlinimə sual verdim, amma cavab verməsini gözləmədən onu bıçaqladım. Öldüyünə əmin olduqdan sonra oğluma zəng edərək hadisəni danışdım. Daha sonra isə qızıma zəng edərək ondan nəvələrimin travma almaması üçün onları məktəbdən götürərək öz evinə aparmasını istədim”.

Qeyd edək ki, cütlük 17 il evli olublar. Cinayət hadisəsi bu ilin mayında baş verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər