Könül onun evində öldürülübmüş - Basdırmağa kömək etmişdi

Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı Könül Ağayevanın cinayət işi ilə bağlı daha bir nəfər məhkum edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Könülün qatili Elvin İsmayılzadənin dostu Xəyal Səmədov xüsusilə ağır cinayəti gizlətməkdə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, 23 yaşlı Elvin şəxsi münaqişə zəminində Könül Ağayevanı öldürdükdən sonra bu barədə dostu Xəyala məlumat verib. Onlar birgə gənc qızın meyitini hadisə baş verən evin həyətindəki xəndəyə basdırıblar. Lakin Xəyal bu cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Bu əməllə o, “xüsusilə ağır cinayət törədilməsini bilib xəbər verməmə” və “xüsusilə ağır cinayətdən xəbərdar olub gizlətmə” cinayətlərini törətmiş olub.

Fotoda: Elvin İsmayılzadə

Xəyal isə məhkəmədə ittihamla razı olmadığını, Elvin hədə-qorxu gəldiyi üçün cinayəti gizlətməyə məcbur qaldığını deyib: “Meyiti görən kimi polisə müraciət etmək istədim. Amma Elvin mənə hədə-qorxu gəldi. Dedi ki, polisə məlumat versən, qaçıb gedəcəyəm, ev də sənin olduğu üçün cinayət üstündə qalacaq. Həm də məni ailə-üzvlərimi öldürəcəyi ilə qorxutdu. Bu səbəblərdən susmaq qərarına gəldim”.

Müdafiə tərəfi məhkəmədən gənc müvəkkilinin ifadəsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.

Yekun qərarla Xəyala xüsusilə ağır cinayətin törədilməsini bilərək xəbər verməmə maddəsi üzrə bəraət, həmin cinayəti gizlətmə maddəsi ilə 3 il həbs cəzası verilib.

Qeyd edək ki, qətlə yetirilən Könül Ağayeva hadisə vaxtı Lənkəran Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. Onun qətlinə görə Elvin İsmayılzadə 19 il azadlıqdan məhrum edilib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər