star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Salyanda xeyir-şər evində dava: həbs olunanlar var

Salyanda xeyir-şər evində dava: həbs olunanlar varSalyan rayonunda xeyir-şər evinin qarşısında bir qrup arasında yaranan mübahisə dava ilə nəticələnib.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri, Ə.Quliyev küçəsində baş verib.

Bir neçə nəfər ucadan nalayiq söyüşlər söyüb, dava salıblar. Onlar həmin yerə gələn polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmayıblar.

Polis tərəfindən saxlanılan rayon sakinləri – 1993-cü il təvəllüdlü Əfqan, 1994-cü il təvəllüdlü Ülvi və 2002-ci il təvəllüdlü Vüsal (adlar şərti verilib – red.) saxlanılıblar.

İş üzrə izahat verən Əfqan bildirib ki, Salyan şəhərində Mərkəzi Avtovağzalın yaxınlığında mobil telefon və aksessuar satışı ilə məşğul olur:

“Dostumun dəvəti əsasında Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir-şər evində keçirilən toy axşamı məclisində iştirak etdim. Məclisdə spirtli içki içdiyim üçün sərxoş oldum. Tanışlarımla öz aramızda zarafatlaşdıq, ucadan nalayiq ifadələr işlətdik. Sərxoş olduğum üçün etdiyim hərəkətləri xatırlamıram. Əməlimdən peşmanam, iki azyaşlı uşağım var. Ailənin yeganə qazanc gətirəniyəm”.

Digər təqsirli bilinən Ülvinin ifadəsinə görə, orta ixtisas musiqi təhsili var, Salyan şəhərində fərdi qaydada tar dərsləri verir:

“Toy axşamında iştirak etmişəm, yaxın tanışım olduğu üçün özümlə tarımı götürərək həmin məclisdə tar ifa etmişəm. Çöldə dayanan zaman içkili olduğum üçün ucadan danışmışam. Bir nəfər mülki geyimdə yaxınlaşaraq sakit olmağımızı istəsə də, buna məhəl qoymamışıq. Daha sonra polis əməkdaşı olduğunu bildirdiyi üçün onun göstərişinə əməl etmişəm".

Təqsirli bilinən şəxs qeyd edib ki, polis əməkdaşının yaxasından tutduğunu sərxoş olduğu üçün xatırlamır. O, əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib.

Digər təqsirləndirilən Vüsal da özünü təqsirli bilib.

Əfqanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Digər iki nəfərin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə ittiham verilib.

Onların barəsində olan protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. İşi araşdıran hakim qərar elan edib.

Qərara görə, Əfqanın barəsində olan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə icraata xitam verilib.

Hər üç təqsirli bilinən şəxs xırda xuliqanlıqda təqsirli biliniblər.

Əfqan və Ülvi hər biri 7 gün, Vüsal isə 5 gün müddətinə inzibati qaydada həbs olunublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər