Ağdaşda avtomobil qatara çırpıldı: yaralılar var
Ağdaş rayonunda avtomobil dəmiryol keçidində qatara çırpılıb.
Avrasiya.net-in Teleqraf-a istinadən məlumatına görə, hadisə az öncə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryol keçidində baş verib.
İlkin məlumata görə, maşının qatarla toqquşması nəticəsində 3 nəfər ağır xəsarət allb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.
***
Ağdaşda qatarla toqquşan "Mersedes" markalı minik avtomobilində olan və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralılar Ucar rayonu Qazıqumlaq kənd sakinləri olub.
1994-cü il təvəllüdlü Emil Lətifov, 1996-cı il təvəllüdlü Pərvin Nizami oğlu Xasməmmədov və 1988-ci il təvəllüdlü Ceyhun Tanrıverdi oğlu Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.