Şamaxıda mikroavtobus qəzaya uğradı: 7 şagird yaralandı

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

Avrasiya.net xəbər verir ki, hadisə Şamaxı - Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbləri və digər təfərrüat araşdırılır.

***

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mersedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Azərtac-ın məlumatına görə, hadisə nəticəsində mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər