Məktəblilər arasında dava: xəsarət alanlar var
Dərc olunub:
22-04-2025, 16:15
Gəncədə bir qrup məktəbli arasında dava olub.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Davada müxtəlif dərəcəli bədən xəsarəti alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Xəsarət alanlar Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləridirlər.
Hadisənin məktəbin ərazisindən kənarda baş verdiyi bildirilir.