İt sahibini parçaladı: vəziyyəti ağırdır
Dərc olunub:
Bu gün, 11:28
Goranboyda it öz sahibini parçalayıb.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Baxcakürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 64 yaşlı xanım (A.K) həyətində saxladıqları it tərəfindən hücuma məruz qalıb.
O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Həddindən artıq ağır vəziyyətdə olan xanımın Bakıda yerləşən tibb müəssisələrindən birinə köçürülməsi ehtimal olunur.