Burada Sizin reklam ola bilər!

Ağcabədidə faciə: qumbara partladı, 5 nəfər öldü - ADLAR

Ağcabədidə faciə: qumbara partladı, 5 nəfər öldü - ADLARAğcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

Avrasiya.net "Trend"ə istinadən xəbər verir ki, Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar.

Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***

12:43

Hindarx qəsəbəsində baş verən hadisənin bir sıra detalları məlum olub.

Avrasiya.net-in əldə etdiyi məlumata görə, azyaşlılar zibillikdən tapdıqları qumbaranı evə gətiriblər.

Uşaqlar evdə qumbara ilə oynayan zaman partlayış baş verib.

Partlayış Knyaz Məmmədova məxsus evdə olub. Hadisə nəticəsində həlak olanlar arasında azyaşlılar da var.

Əraziyə hüquq-mühafizə orqanları və təcili yardım göndərilib.

***

12:36

Ağcabədinin Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Avrasiya.net xəbər verir ki, hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu qeyd olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər