Burada Sizin reklam ola bilər!

Zaqatalada qazini ayı parçalayıb öldürüb? - Təfərrüat

Zaqatalada qazini ayı parçalayıb öldürüb? - TəfərrüatZaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.

Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, hadisə dünən qeydə alınıb.

Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.

İlkin ehtimala görə, onu ayı parçalayıb.

Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

***

Zaqatalada Vətən müharibəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.

Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, iki övlad atası olan H. Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər