Biləsuvarda minik maşınları toqquşdu: 3 nəfər öldü - Foto
Dərc olunub:
28-12-2024, 11:27
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.