Sumqayıtda binada güclü partlayış: xəsarət alanlar var
Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisindəki yaşayış binalarının birində güclü partlayış baş verib.
Avrasiya.net xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir.
Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.
***
Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.
***
Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda azı üç nəfər yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı güman edilir.
Report xəbər verir ki, yaralılar xəstəxanaya aparılıblar.
Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.