Burada Sizin reklam ola bilər!

Sabirabadda ağır qəza: 3 nəfər öldü - Foto

Sabirabadda ağır qəza: 3 nəfər öldü - FotoSabirabad rayonunda ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunun Qaraağac kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib.

Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.az-a açıqlamasında bildirib.

"Hadisə bu gün saat 08:00-da qeydə alınıb. Hadisə Sabirabad rayon sakinləri Samir Qurbanəli oğlu Umudovun idarə etdiyi "Daewoo" markalı, 90 MY 798 dövlət qeydiyyat nişanlı və Salatın Rəhman qızı Abuzərovanın idarə etdiyi "Toyota" markalı, 90 KU 752 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində qadın sürücü, eləcə də "Daevoo" markalı avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Manaf Poladxan oğlu Hacıyev hadisə yerində, sürücü - Samir Umudov isə xəstəxanada həyatlarını itirib.

"Daevoo" markalı avtomobildə olan azyaşlı isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər