Burada Sizin reklam ola bilər!

Neftçalada bir ailənin 5 üzvü qəzaya düşdü: ölən var

Neftçalada bir ailənin 5 üzvü qəzaya düşdü: ölən varNeftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan-Neftçala avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Sanqam” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Ağasəf Paşa oğlu Mirzəyev, eyni qəsəbənin sakinləri olan sərnişinlər – 1986-cı il təvəllüdlü Günel Ağasəf qızı İbrahimova, onun övladları, 2010-cu il təvəllüdlü Natiq Fuad oğlu İbrahimov, 2010-cu il təvəllüdlü Yəhya Fuad oğlu İbrahimov, 2008-ci il təvəllüdlü Ləman Fuad qızı İbrahimova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər