Ana və azyazşlı övladı qidadan zəhərləndi
Dərc olunub:
5-08-2024, 12:09
Sumqayıtda ana və azyazşlı övladı qidadan zəhərlənib.
Avrasiya.net xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Aişə Adil qızı Mərdanova və övladı, 2022- ci il təvəllüdlü Əli Səxavət oğlu Mərdanov yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.
Onlar dərhal xəstəxanaya çatdırılıb.
Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.