Bir ailənin 3 üzvü qəzaya düşdü: ölən var
Dərc olunub:
11-07-2024, 09:11
Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb.
Avrasiya.net APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Kamaz" markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.
Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.