Sizin Reklam Burada

Zaqatalada maşın aşdı - 6 gənc yaralandı

Zaqatalada maşın aşdı - 6 gənc yaralandıZaqatalada minik avtomobili aşıb, 6 gənc xəsarət alıb.

Avrasiya.net-in məlumatına görə, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.

2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S. Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Yaralılardan M. Xəlilov və M. Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər