Şabranda evə basqın: arvad öldürüldü, ər yaralanıb
Dərc olunub:
24-06-2024, 09:34
Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.
Avrasiya.net xəbər verir ki, ilkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı, ev sahiblərindən rayon sakini - Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı rayon sakini 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.