Sizin Reklam Burada

Müharibə iştirakçısı özünü yandırdı

Müharibə iştirakçısı özünü yandırdıİyunun 12-də saat 8 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Allahşükür Vaqif oğlu Həsənov 99-MP-301 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.

İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Oxu.az-ın məlumatına görə, bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər