Goranboyda 35 yaşlı kişini ildırım vurdu
Dərc olunub:
8-06-2024, 22:33
Goranboyda 35 yaşlı kişini ildırım vurub.
Avrasiya.net Konkret.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Ayaz Mübariz oğlu Quliyevi həyətində qəfil ildırım vurub və o, huşunu itirərək yerə yıxılıb.
A.Quliyev təcili xəstəxanaya çatdırılıb.