Şəmkir sakini yeznəsini toyuğa görə güllələdi
Şəmkirdə güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.
Belə ki, 46 yaşlı Mais Ələkbərov güllə yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Məlumata görə, M.Ələkbərov yeznəsi Naib Həsənov tərəfindən güllələnib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. N. Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Naib Həsənov saxlanılıb.
***
Şəmkirdə yeznənin qayını güllələnməsinin təfərrüatları məlum olub.
Unikal.az xəbər verir ki, Alavaşlı kənd sakini Naib Həsənovun toyuqları yeznəsi Mais Ələkbərovun həyatinə keçib. Bu zaman qohumların arasında mübahisə düşüb. Dava zamanı Mais Ələkbərov Naib Həsənovu döyüb. Bundan əsəbləşən Naib yeznəsi Mais Ələkbərovu özünə məxsus ov tüfəngindən atəş açaraq yaralayıb.
Hadisəni törədən Naib Həsənov polis tərəfindən saxlanılıb.