Azərbaycanda dəhşət: Ana üç uşağını dərmanla zəhərlədi
Dərc olunub:
21-05-2024, 22:42
Sumqayıtda üçü uşaq olmaqla, bir ailənin dörd üzvü zəhərlənib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib.
Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.