Mingəçevirdə 2 nəfər kütləvi dava zamanı bıçaqlandı
Dərc olunub:
11-05-2024, 10:25
Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub, iki nəfər bıçaqlanıb.
Hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.
Hadisənin səbəbləri hələlik tam məlum deyil. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
maşın VURDU