Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələndi
Dərc olunub:
30-03-2024, 12:27
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
