Sumqayıtda zavodda başına boru düşən fəhlə ölüb
Dərc olunub:
29-03-2024, 16:52
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.
Müəssisənin istehsalat sahəsində işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin başına boru düşüb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.