18 yaşlı gənc qumbara partlayışından öldü
Dərc olunub:
16-03-2024, 16:35
Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırma aparılır.