İmişli sakini tonqala düşərək öldü
Dərc olunub:
2-03-2024, 16:53
İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb. İmişli şəhər sakini 1984-cü il təvəllüdlü Pünhan Hafiz oğlu İbişov sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.